“Fəryad”ın Aşotu vəfat etdi

MƏDƏNİYYƏT
16:29
5 Aprel 2021
218

“Fəryad” filmində canlandırdığı Aşot obrazı ilə daha da məşhurlaşan aktyor Fikrət Məmmədov dünyasını dəyişib.

Sabah.az xəbər verir ki, bu barədə aktyorun həmkarları sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, aktyor Fikrət Məmmədov Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsidir.

O, “Axırıncı reys” (1989), “Bağlı qapı”, “Bayquş gələndə” (1978), “Cin mikrorayonda” (1985), "Çarə” (1981), “Doğma sahillər” (1989), “Fəryad” (1993), “Fırıldaqçı” (1983), “Gümüşgöl” əfsanəsi (1984), “Güzgü” (1990), “Hədiyyə” (1986) və başqa filmlərdə yer alıb.

Xəbər lenti