Rəmiş vəfat etdi

MƏDƏNİYYƏT
13:58
5 Aprel 2021
124

Xalq artisti Rəmiş (Rafiq Hüseynov) vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə APA-ya həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

O, R.Hüseynovun bu gün günorta saatlarında vəfat etdiyini deyib.

Qeyd edək ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

Xəbər lenti