Tanınmış jurnalistə ATV-də vəzifə verildi

MƏDƏNİYYƏT
11:59
1 Aprel 2021
105

Əməkdar jurnalist Səadət Məmmədova CBC TV ilə yollarını ayırıb.

Sabah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib. S.Məmmədova beş ildir çalışdığı kanaldan getdiyini açıqlayıb.

Teleaparıcı-jurnalist Vəsilə Vahidqızı feysbuk hesabında bildirib ki, S.Məmmədova ATV rəhbərinin (Azər Xəlilov-red) informasiya yayımı üzrə müşaviri vəsifəsinə təyin edilib.

Qeyd edək ki, Səadət Məmmədova 2015-ci ilin oktyabrından “CBC”də Xəbərlər və İnformasiya Departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.

Xəbər lenti