Yeni sədr kimdir?

MƏDƏNİYYƏT
14:59
18 Mart 2021
155

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamıyla Emin Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.

Sabah.az-ın məlumatına görə, E.Məmmədov Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, Azərbaycanın əməkdar incəsənət xadimidir.

O, 2012-ci ildə Prezidentin sərəncamı ilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 2019-cu ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.

Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib.

E.Məmmədov ötən il Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü mükafatıyla təltif edilib.

Qeyd edək ki, “Azərxalça” ASC-nin yeni sədri heykəltəraş, Azərbaycanın xalq rəssamı professor Səlhab Məmmədovun oğludur.

E.Məmmədov AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun qardaşıdır.

Xatırladaq ki, “Azərxalça” ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradov həbs edilib. O, vəzifədə olduğu müddət ərzində ümumilikdə dövlət büdcəsindən 3 milyon 572 min 427 manat mənimsəməkdə ittiham edilir.

Xəbər lenti