AYB onları mükafatlandırdı

MƏDƏNİYYƏT
17:03
17 Mart 2021
60

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyi Nizami Gəncəvi mükafatı təsis edib. Artıq mükafatın laureatları da müəyyənləşib.

Sabah.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın "525"ə bildirdiyinə görə, Azərbaycan Yazıçılar Birliyinin Katibliyi Nizami Gəncəvi mükafatına bu il yubileyləri qeyd olunan yazıçı Seyran Səxavəti, şair Barat Vüsalı, habelə ədəbiyyatımızı Türkiyədə geniş təbliğ edən İmdat Əfşarı və Gəncədə Nizami motivləri əsasında dəyərli rəsm, heykəl və xalça əsərləri yaratmış heykəltaraş Şərif Şərifovu layiq görüb.

Xəbər lenti