“Respublika” qəzetinin Baş redaktoru vəfat etdi
“Respublika” qəzetinin və “Füyuzat” jurnalının Baş redaktoru Teymur Əhmədov vəfat edib.
Sabah.az xəbər verir ki, bu barədə “Füyuzat” jurnalının redaksiyası məlumat yayıb.
90 yaşlı Baş redaktor bu gün səhər saatlarında dünyasını dəyişib.
T.Əhmədov 1995-ci ildən “Respublika” qəzetinin Baş redaktoru kimi çalışıb.
O, 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub. Filologiya elmləri doktoru, professor idi. Jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunub.
Daha çox