Anar Kərimov vəfat edən direktorun yerinə onu təyin etdi

MƏDƏNİYYƏT
17:20
13 Mart 2021
224

Bakı Dövlət Sirkinə yeni direktor təyin olunub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elmir Hüseynov sirkin direktoru vəzifəsinə təyinat alıb.

Mədəniyyət Nazirliyindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, E.Hüseynov 2017-2020-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi olub.

Sirkinin əvvəlki direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə bir neçə gün əvvəl 67 yaşında vəfat edib.