Azərbaycanlı aktyorun evində partlayış olub, vəziyyəti ağırdır

MƏDƏNİYYƏT
09:30
23 Fevral 2021
109

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman mənzilində qaz partlayışı nəticəsində yanıq xəsarətləri alıb.

Sabah.az xəbər verir ki, bu barədə Əməkdar artist Elnur Kərimov feysbuk hesabında məlumat verib.

Onun sözlərinə görə, C.Telman hazırda 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir.

Xəbər lenti