Anar Kərimov onları yeni vəzifəyə təyin etdi - Fotolar

MƏDƏNİYYƏT
17:17
16 Fevral 2021
216

Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları baş verib.

Nazirlikdən Sabah.az-a verilən məlumata görə, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Elçin Emil oğlu Nəcəfov İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 

E.Nəcəfov son təyinatadək Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

Anar Kərimovun digər əmrinə əsasən, Qurbanzadə Fərid Vidadi oğlu Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

F.Qurbanzadə əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasında mütəxəssis kimi başlayıb. 2002-2021-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində məsul vəzifələrdə çalışıb.

Xəbər lenti