Samirə “Eurovision”da bu mahnılardan birini oxuyacaq

ŞOU
11:19
10 Fevral 2021
116

Ölkəmizi "Eurovision 2021"də təmsil edəcək Samirə Əfəndinin oxuyacağı mahnının seçim mərhələsi davam edir.

Sabah.az xəbər verir ki, "INFE Azərbaycan" seçilən 6 mahnının adını açıqlayıb. Bildirilib ki, Samirə beynəlxalq yarışmada "Mata Hari", "Ratata", "When I’m gone", "Manifesto", "Breathing you", "Owe you pretty" mahnılarından birini oxuyacaq.

Sona qalan 6 mahnı Əfəndinin ifasında "Focus Group"a təqdim olunub. Mahnı adları seçimdən sonra komanda tərəfindən dəyişdirilə bilər.

Qeyd edək ki, "Eurovision 2021" mayın 18-dən 22-nə kimi Hollandiyanın Rotterdam şəhərində keçiriləcək.

Xəbər lenti