Bakı Xoreoqrafiya Akademiyasına yeni təyinat

MƏDƏNİYYƏT
16:01
9 Fevral 2021
288

Bakı Xoreoqrafiya Akademiyasına yeni kadr təyinatı olub. 

Sabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əməkdar artist Əziz Yaşar oğlu Qarayusifli Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Əziz Qarayusifli 1968-ci ildə Bakı şəhərində  anadan olub. 1987-ci ildə  Bülbül adına orta ixtisas musiqi məktəbini klarnet sinfi üzrə, 1994-cü ildə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) Orkestr və kamera ansamblının artisti ixtisası üzrə bitirib.

BMA-nın opera studiyası orkestrinin rəhbəri (1994-1996, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində orkestr artisti (1996-2016) vəzifələrində  çalışıb.

Ə.Qarayusifli son təyinatadək Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsində işləyib. Mərkəzi İncəsənət Məktəbinə rəhbərlik etdiyi müddətdə məktəbdə xoreoqrafiya sənətinə diqqət artırılıb, onun təşəbbüsü ilə məktəbdə “Alov” rəqs qrupu yaradılıb.

1990-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrın solisti, 2018-ci ildən isə Bakı Musiqi Akademiyasının dosentidir.

Xəbər lenti