Məşhur aktyor vəfat etdi

ŞOU
11:54
6 Fevral 2021
56

"Xoşbəxt günlər" filmindəki Albay Von Trapp rolu ilə məşhurlaşan kanadalı aktyor Kristofer Plummer 91 yaşında vəfat edib.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıb.

2012-ci ildə "Beginners" filmində oynadığı roluna görə "Ən yaxşı köməkçi kişi aktyor Oscar" mükafatını alan Plummer, 2010-cu ildə "The Last Station" və 2018-ci ildə "All the Money in the World" filmləri ilə "Oscar" mükafatına namizəd olub. Plummer 82 yaşında "Oscar" mükafatı alaraq "Oscar alan ən yaşlı kişi" adı ilə tarixə düşüb.

Xəbər lenti

15:00 5 Mart 2021