Tayson qızı ilə evlənəcək şəxsə 10 milyon verəcək? - Foto

ŞOU
22:45
2 Mart 2020
448

Qərb mətbuatında əfsanəvi boksçu Mayk Taysonun 136 kiloqram çəkidə olan böyük qızı Miki Lorna ilə ailə quracaq kişiyə 10 milyon dollar ödəyəcəyi haqda xəbərlər yayılıb.
 
Sabah.az xəbər verir ki, komediyaçı Maykl Blekson sosial şəbəkədə bəxtini sınamaq qərarına gələrək Taysona onun qızı ilə ailə qurmağa hazır olduğunu deyib və onu qaynata da adlandırıb.

Keçmiş boksçu isə cavab olaraq yayılan məlumatların həqiqətə uyğun olamdığını bildirərək bu sözləri deyib:

"Bunlar hamısı uydurmalardır. Bu yalan şayiələri yayanları tapıb hamısını nokaut edəcəm. Qızım gözəl insanla qurduğu yeni münasibətində xoşbəxtdir. Yəni ki, sən onu maraqlandırmırsan”.

Xəbər lenti