Azərbaycanlı aktyor vəfat etdi

MƏDƏNİYYƏT
11:44
28 Yanvar 2021
107

Azərbaycan aktyoru, rejissor dublyajist, əməkdar mədəniyyət işçisi Arif Həbibi vəfat edib.

Sasbah.az xəbər verir ki, bunu aktyorun qızı İlhamə Həbibi sosial şəbəkə hesabında yazıb. O bildirib ki, atası 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub. 1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirib və həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb.

Dublyaj üzrə ali dərəcəli kinorejissor olub. Azərbaycan Kinematoqrafiya İttifaqının üzvü idi.

Xəbər lenti