Xalq artisti koronavirusdan necə qorunduğunu açıqladı - Video
Xalq artisti Teymur Mustafayev son günlər dünyada hər kəsi təlaşa salan koronavirusdan qorunma üsulunu açıqlayıb.
Sabah.az Axşam.az istinadən xəbər verir ki, "Teymur əmi" ləqəbli xanəndə "Gündən-günə" verilişində studiyaya girərkən aparıcı Əkbər Əlizadə və digər qonaqlarla görüşməyib. İfaçı bildirib ki, koronavirusa görə artıq heç kimlə öpüşüb görüşmür:
"Bu gün "maç-maç, quç-quç" yoxdur. Öpüşmək qəti olmaz. Görüşdük, vəssalam, qurtardı getdi".
O, aşıq Telli Borçalının "Öpmürəm səni, əllə görüşüm" sözlərinə "O da yüngül. Əzizim işim yox, qızıldan dişim yox. Korona gəlir, Telli, sənlə işim yox" cavabını verib.
Daha çox