Mədəniyyət Nazirliyində yeni təyinat

MƏDƏNİYYƏT
14:34
24 Dekabr 2020
230

Acalova Fərəh Fuad qızı Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 

Sabah.az xəbər verir ki, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Fərəh Acalova son təyinatadək Xarici İşlər Nazirliyində Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

İkinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.

İngilis, rus, fransız və ispan dillərini bilir.

Xəbər lenti