"Ağdamda ayaq üstə duran yeganə bina..." - Fotolar

MƏDƏNİYYƏT
12:55
23 Dekabr 2020
95

Dünyaca məşhur Azərbaycan əsilli fransız fotoqram Rza Deqqati işğaldan azad edilən Ağdamdan yeni fotolar yayımlayıb.

Sabah.az xəbər verir ki, fotoqraf görüntüləri İnstaqram səhifəsində yayımlayaraq bunları qeyd edib:

"Ağdam, Qarabağ, Azərbaycan... 21-ci əsrin Xirosiması Ağdam... Ağdam məscidi bütün şəhərdə hələ də ayaq üstə duran yeganə binadır. Otuz ildən çoxdur ki, ermənilər tərəfindən işğal edilmiş, dağıdılmış, inək və donuz ferması kimi istifadə edilmişdir.

1868-1870-ci illər arasında memar Səfi Xan Qarabaği tərəfindən inşa edilib".

O daha sonra fotoqraf Andrey Qalafyevin 2007-ci ildə məsciddə çəkdiyi heyvanların fotolarını yerləşdirib.

Xəbər lenti