Səfurə İbrahimova dəfn olundu - Yenilənib

MƏDƏNİYYƏT
15:25
22 Dekabr 2020
100

Ötən gün vəfat edən Xalq artisti Səfurə İbrahimova bu gün dəfn ediləcək.

Sabah.az xəbər verir ki, məşhur aktrisa “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq. Saat 15:00-da reallaşacaq dəfn mərasimində sərt karantin rejiminin qaydalarına əməl olunacaq, az sayda insan iştirak edəcək.

Qeyd edək ki, S.İbrahimova ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

***

Xalq artisti Səfurə İbrahimova ailə üzvlərinin iştirakı ilə “Qurd qapısı” məzarlığında dəfn edilib.

Xəbər lenti