Xalq artisti koronavirusdan vəfat etdi
Koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev vəfat edib.
Sabah.az xəbər verir ki, bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib.
Qeyd edək ki, 72 yaşlı xanəndə bir müddət bundan əvvəl COVID-19 diaqnozu ilə xəstəxanaya aparılmış, vəziyyəti ağırlaşaraq reanimasiyaya yerləşdirilmişdi.
Xatırladaq ki, Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 ildir ki, teatrın muğam bölməsinin solistidir.
S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olmuş və böyük uğurla çıxış edib.
Sabir Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycanın "Əməkdar artisti" , 2017-ci ildə " Xalq artisti" fəxri adına layiq görülüb.
Daha çox