Ermənilər Ağdamda bu məscidi də yandırıb - Fotolar
Azərbaycan əsilli fransız fotoqraf, “National Geografic” jurnalının tanınmış fotojurnalisti Rza Deqati noyabrın 20-də erməni işğalından azad edilən Ağdam rayonunda ermənilər tərəfindən tövlə kimi istifadə edilən məscidlərin birindən fotolar paylaşıb.
Sabah.az xəbər verir ki, Deqati Ağdamın Qiyasi kəndindəki 18-ci əsrə aid məscidin ermənilər tərəfindən yandırıldığını bildirib:
“Mədəni, mənəvi və dini irsə qarşı vandalizm anlaşılmaz və qəbuledilməzdir. Müxtəlif münaqişələrdə bunun şahidi olmuşam. Son bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını və məscidlərin tövləyə çevrildiyini gördüm.
Ağdam rayonunun Qiyasi kəndində 18-ci əsrə aid bu məscid otuz illik işğal zamanı ermənilər tərəfindən inək saxlamaq üçün istifadə edilib.
Azərbaycanlılar tərəfindən tapılanda isə nəcislə dolu idi. Bölgəni tərk etməzdən öncə işğalçı götürə bildiyini götürdü və məscidə od vurdu.
Yenidənqurma və bərpa çox vaxt aparacaq”.
Daha çox