Ermənilər Füzulidəki məscidi də dağıdıb - Fotolar

MƏDƏNİYYƏT
16:40
19 Noyabr 2020
101

Ermənilər işğal altında olan illərdə Füzuli şəhərində yerləşən tarixi məscidi yerlə-yeksan ediblər. Məscidin yalnız bəzi divarları salamat qalıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmçinin Füzuli şəhər məzarlığı da dağıntılara məruz qalıb. Qəbir daşlarının əksəriyyəti sökülüb, bəziləri isə oğurlanıb. Hətta məzarların ətrafındakı dəmir hasarların da sökülərək aparıldığı bildirilir. 

Xatırladaq ki, bununla yanaşı, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndindəki qəbiristanlıq da ermənilər tərəfindən dağıdılıb.

Xəbər lenti