Şuşada Kulinariya Festivalı keçiriləcək

MƏDƏNİYYƏT
14:20
12 Noyabr 2020
237

Gələn il Şuşada Beynəlxalq Kulinariya Festivalı keçiriləcək.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov Trend-ə açıqlamasında qeyd edib.

Bildirilib ki, tədbir avqustun 10-da start götürəcək və beş gün davam edəcək. Festival Qarabağ mətbəxinə həsr ediləcək və 5 nəfərdən ibarət qruplar yarışacaq.

İştirakla bağlı müraciətlər 1 iyun, 2021-ci ilədək qəbul ediləcək.

Xəbər lenti