İspaniyada Baş nazirin müavini koronavirusa yoluxdu

DÜNYA
22:50
25 Mart 2020
65

İspaniya Baş nazirinin müavini Karmen Kalvo koronavirusa (COVID-19) yoluxub.

Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, məlumat hökumət tərəfindən təsdiqlənib.

Bildirilir ki, Karmen Kalvo martın 22-də tənəffüs yollarındakı problem səbəbilə xəstəxanaya aparılıb. O, koronavirus da daxil olmaqla bir neçə testdən keçib və ilk yoxlanışın cavabı mənfi olub. Lakin həkimlər 62 yaşlı siyasətçini təkrar yoxlanışdan keçirib və bu dəfə onda COVID-19 aşkar edilib.

Qeyd olunub ki, K. Kalvonun vəziyyəti yaxşılaşır, ona lazımi tibbi yardım göstərilir və xəstəxanada karantindədir.

Xəbər lenti