“Ermənilər əsir götürülmüş hərbçilərimizi baş və ürəkdən güllələyib”

ÖLKƏ
16:13
30 Oktyabr 2020
272

“Ermənilər əsir düşmüş Azərbaycan hərbçilərini başından güllələyiblər”.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Hərbi prokurorluq tərəfindən aparılan istintaqla muzdluların Ermənistan tərəfindən iştirak etməsi sübut olunub: “Bizdə erməni muzdlularına aid cəsədlər var. 30 cəsədi Ermənistana verdik, amma onlar bizə cəsəd vermədi. Bizdə olan erməni cəsədlərinin bəzilərinin yaşı hərbçiyə uyğun deyil. Biz zamanı gələndə bunları açıqlayacağıq.

Bizim əsirlər və meyitlərə qarşı amansız davranış göstərilib. Əsir götürülmüş azərbaycanlı hərbçiləri yaxın məsafədən, başlarına, ürəklərinə dirəyərək atəş açıb və qətlə yetiriblər. Belə faktlar mövcuddur”.

Xəbər lenti