Ermənistanın törətdiyi təxribat nəticəsində 91 nəfər ölüb - 400 yaralı

ÖLKƏ
14:26
30 Oktyabr 2020
55

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Sabah.az xəbər verir ki, Baş Prokurorluğun məlumatında bildirilir ki, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 400 nəfər yaralanıb.

Bundan başqa, 428 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2 442 yaşayış evi yararsız vəziyyətə düşüb.

Xəbər lenti