Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi

ÖLKƏ
11:49
30 Oktyabr 2020
188

“Uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələrindən danışırıqsa, burada qayğı və təhsil nəzərdə tutulur. Qayğının onlayn qaydada olması qeyri-mümkündür”.

Sabah.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Nazir deyib ki, ümumilikdə uşaq bağçalarında olan təhsil fasiləsi davam edir və fəaliyyəti bərpa edilmir: “Bunun onlayn qaydada olması heç bir məna kəsb etmir. Amma hansısa özəl təhsil müəssisələri, hansısa müəllimlər uşaqlara onlayn qaydada hansısa tapşırıq ötürərsə, burada qanunsuz heç nə yoxdur. Tətildə də hansısa müəllim hansısa şagirdə nəsə öyrətmək istəyirsə, bunu Təhsil Nazirliyi tənzimləmir. Amma ümumilikdə bağçalarda fasilə davam edir və bu məsələ ən azı 2 həftədən tez olmayacaq”.

Xəbər lenti