“Bu platformalar növbəti həftələrdə VPN-siz işləyəcək”

ÖLKƏ
11:15
30 Oktyabr 2020
562

“Biz başa düşürük ki, noyabrın 2-dən distant təhsilə keçid müəyyən çətinliklər yaradacaq”.

Sabah.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O bildirib ki, son həftələrdə koronavirusa yoluxma halları sürətlə artıb:

“İnanıram ki, müəllimlər və şagirdlərlə birgə nə qədər çətin olsa da, bu mürəkkəb prosesdən çıxacağıq. Ölkədə “Teams” kimi platformalarda kifayət qədər işlər görülüb. Aidiyyatı dövlət qurumları ilə birgə həmin platformanın işləməsi üçün testlər aparılıb. Bu platformalar növbəti həftələrdə VPN-siz işləyəcək. VPN istifadə edənlər çətinliklərlə qarşılaşa bilərlər”.

Xəbər lenti