Goranboyda ermənilərin öldürdüyü şəxsin kimliyi açıqlandı

XƏBƏR
17:36
29 Oktyabr 2020
91

Baş Prokurorluğun Mətbuat xidməti Goranboyda mülki şəxsin öldürülməsi ilə bağlı məlumat yayıb.

Sabah.az həmin məlumatı təqdim edir:

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

29.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

Bu gün saat 17 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olmuş, yaşayış evinə isə ciddi ziyan dəmişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Xəbər lenti