Zəncirvari qəzada 3 nəfər öldü

HADİSƏ
17:50
26 Fevral 2020
31

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilib ki, 3 avtomobil toqquşub, onlardan biri ərazinin yaxınlığındakı bataqlığa düşüb. Hadisə yerində 2 qadın ölüb. Qəzada xəsarət alan kişi isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti