30 hərbçi meyiti və 2 mülki şəxs Ermənistana təhvil verildi

GÜNDƏM
14:05
29 Oktyabr 2020
68

Azərbaycan 30-a yaxın hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib.

Sabah.az xəbər verir ki, bu barədə hazırda Bərdə-Tərtər zonasında olan Prezidentin köməkçisi Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev bildirib ki, Ermənistan bu məsələdə xoş niyyət göstərmirdi. Biz bu xüsusda Rusiya Müdafiə Nazirliyinin, şəxsən Müdafiə naziri Sergey Şoyqonun səylərini yüksək qiymətləndiririk:

"Rusiya Federasiyasının bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və nəticə etibarı ilə də öz vətəndaşlarının, əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılıq vermişdir. İndilərdə bu əməliyyat başa çatdı".

Xəbər lenti