Ermənilərin törətdiyi terror qurbanlarının sayı 90-a çatdı - 392 yaralı

ÖLKƏ
13:49
29 Oktyabr 2020
68

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.

Bundan başqa, 423 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2 406 yaşayış evi yararsız vəziyyətə düşüb.