Diplomatik korpusun nümayəndələri Tərtərdə səfərdədir - Yenilənib

GÜNDƏM
13:40
29 Oktyabr 2020
105

“N.Paşinyan, siz kassetli raketlərlə Bərdədə mülki insanları məhv etmək istəyirdiniz? Bərdə sarsılmaz qətiyyətlə əvvəlkindən daha gözəl və güclüdür”.

Sabah.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında Tərtər istiqamətində video paylaşaraq yazıb.

“Böyük bir səhv etdiniz - dosyaya başqa bir hərbi cinayət əlavə etdiniz. İndi cinayətlərinizi göstərmək üçün Tərtərə gedirik”, -deyə H.Hacıyev qeyd edib.

***

Hikmət Hacıyev Diplomatik korpus və beynəlxalq medianın nümayəndələri ilə birlikdə Tərtərə yola düşdüklərini bildirib: 

“İndi diplomatik korpus və beynəlxalq medianın nümayəndələri ilə Tərtərə gedirik. Hərbçilər bizə bildirib ki, erməni tərəfi Tərtərin ətrafına hücum edir. Ancaq diplomatik korpus könüllü olaraq Tərtərə getməyə qərar verdi. Azərbaycanın Stalinqradı. Həmrəy olduğunuz üçün təşəkkür edirəm”.

***

Daha sonra Hikmət Hacıyev öz tvitter mikrobloqunda “Qəhrəman şəhər Tərtər” yazaraq ünvana çatdıqlarını bildirib.

Xəbər lenti

14:08 2 Dekabr 2020
13:31 2 Dekabr 2020
13:40 1 Dekabr 2020