“Ermənilərin videosu saxtadır və harada çəkildiyi məlum deyil"

GÜNDƏM
13:09
29 Oktyabr 2020
53

Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildiririk ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil.

Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.

Xəbər lenti