“Tərtərə gedirik, atırlarsa, atsınlar” - Hikmət Hacıyev

GÜNDƏM
12:10
29 Oktyabr 2020
524

“Biz bundan sonra Tərtərə gedirik, atırlarsa atsınlar”.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bərdəyə səfəri zamanı deyib.

O bildirib ki, düşmən döyüş meydanından qaçır:“Əgər kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar. Ali Baş Komandanın da dediyi kimi, iti qovan kimi qovuruq onları. Axıra qədər qovacağıq”.

H.Hacıyev bildirib ki, bu, bir daha Ermənistanın əsl simasını göstərir: "Onların gücü yalnız qadınlara, uşaqlara çatır. Bura Bərdənin mərkəzidir. Burada hərbi obyekt yoxdur. Şəhərin mərkəzinə 5 "Smerç" raketi atanın məqsədi başqa nə ola bilər?

Bu, hərbi cinayətdir. Bu cinayəti törədən də Ermənistanın baş naziri Nikol Paşinyandır. Baş verənlərə baxmayaraq, Bərdədə insanlarımız Prezidentimizin yanındadırlar.

Xəbər lenti