Masallıda 32 yaşlı kişi 3 nəfəri güllələdi - Özünü də vurdu
Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Sabah.az Trend-ə istinadən xəbər verir ki, hadisə bir neçə saat öncə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu keçmiş qayınanası Nəbiyeva Zemfira Ələsgər qızının evinə gələrək orada mübahisə edib. Mübahisə nəticəsində o özü ilə gətirdiyi ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını güllələyərək qətlə yetirib. S. Ağayev daha sonra keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüqlü Nəbiyeva Zəmfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M. Nəbiyev də hadisə yerində dünyasını dəyişib, Z. Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisədən sonra S. Ağayev özünü də boğazından güllələyib.
Hadisə yerinə Masallı rayon hüquq-mühafizə orqanları əməkdaşları gəlib. Hadisəni törədən S. Ağayev polisin nəzarəti ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanıb.
***
Masallı rayonunun Təzəkənd kəndində baş verən güllələnmə nəticəsində xəsarət alan 2 nəfər Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə Masallı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, hadisəni törədən şəxsin vəziyyəti olduqca ağırdır: "Hadisəni törədən, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu özünü boğazından güllələyib. Hadisə nəticəsində onun alt və üst çənəsi dağılıb, burnu amputasiya olunub. Hazırda xəstəyə ilkin tibbi yardım göstərilir. Müəyyən tibbi yardım göstəriləndən sonra o Bakıya göndəriləcək. Hadisə nəticəsində digər xəsarət alan 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. Onun bud nahiyəsindən qəlpəli yaraları var".
Daha çox