Hikmət Hacıyev və Kamran Əliyev Bərdədə

GÜNDƏM
11:59
29 Oktyabr 2020
69

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bərdə və Tərtər rayonlarına yola düşüb.

Sabah.az xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.

“Biz beynəlxalq KİV-ə və diplomatik korpusa Ermənistanın heç bir günahı olmayan dinc sakinlərə qarşı qəsdən hərbi cinayətlərini göstərmək üçün Bərdə və Tərtərə gedirik. Onlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Şəfqət üçün diplomatik korpusumuza təşəkkür edirik!”, - deyə Hacıyev yazıb.

***

Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Bərdəyə səfəri başlayıb.

Onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Baş prokuror Kamran Əliyev müşayiət edir.

Diplomatlar Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atılan ərazilərə baş çəkəcəklər.

Xəbər lenti