Mitinqə icazə verildi

GÜNDƏM
16:29
26 Fevral 2020
350

Müsavat Partiyasının, REAL Partiyasının və D18 Hərəkatının Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirməklə bağlı məktubuna Bakı Şəhər İcra Hakimiyyəti cavab verib.

Sabah.az xəbər verir ki, bu barədə D18 Hərəkatının rəhbəri Ruslan İzzətli məlumat yayıb.

O qeyd edib ki, BŞİH onlara mitinqin fevralın 29-da Lökbatan qəsəbəsindəki 28 May küçəsi, “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında keçirilməsinə icazə verib.

Qeyd edək ki, mitinq təşiklatçıları BŞİH-yə alternativ olaraq daha 7 yer təklif ediblər.

Xəbər lenti