Bərdəyə raket hücumu nəticəsinə ölənlərdən biri uşaqdır

GÜNDƏM
18:11
27 Oktyabr 2020
37

“Ermənistanın Azərbaycanın Bərdə rayonuna endirdiyi raket zərbəsi nəticəsində ölənlər arasında bir azyaşlı var”.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında bildirib.

“Ermənistanın siyasi-hərbi rəhbərliyinin uşaq öldürmə siyasəti və müharibə cinayətləri davam edir. Raket hücumu nəticəsində meydana gələn yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülür”, - deyə H.Hacıyev qeyd edib.

Xəbər lenti