Ermənilərin Bərdəyə raket atması nəticəsində 4 nəfər ölüb - Yenilənib

GÜNDƏM
18:17
27 Oktyabr 2020
65

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi amansızca pozaraq Azərbaycanın Bərdə rayonundakı dinc əhaliyə raketlərlə hücum edib”.

Sabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bu dəhşətli hücum nəticəsində bir mülki şəxs həlak olub və dörd dinc sakin isə yaralanıb. Ermənistanın hərbi cinayətlərinə son qoyulmalıdır”, - deyə H.Hacıyev qeyd edib.

***

H.Hacıyev məlumatı yeniləyərək qeyd edib ki, ölənlərin sayı 3-ə çatıb, qadın və uşaqlarla daxil olmaqla daha 10 nəfər yaralanıb.

***

Hikmət Hacıyev tvitter hesabında həlak olanların sayının 4-ə çatdığını açıqlayıb:

“Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb”.

Xəbər lenti