Heydər Əliyev Fondundan Ordumuza dəstək
Heydər Əliyev Fondu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladılan əks-hücum əməliyyatında tarix yazan Ordumuza növbəti dəfə yardım edib.
Sabah.az xəbər verir ki, bu barədə hərbi ekspert Abuzər Əbilov sosial şəbəkə hesabında məlumat verib.
O, köməyin nədən ibarət olduğunu açıqlamasa da, bunu əsgər və zabitlərimizin növbəti uğurları üçün çox əhəmiyyətli hadisə adlandırıb.
“Başda Ali Baş Komandan olmaqla, ölkənin Birinci xanımı Mehriban Əliyevaya böyük fərəhlə minnətdarlığımı bildirirəm. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işləri sadalamağa burada yerim çatmaz. Bu günlərdə Ordumuzun əsgər və zabitlərinə texniki vasitə ilə elə bir köməklik etdi ki, vallah bunu eşidəndən sonra daha böyük bir fərəh hissinə inanmıram. Deməyəcəyəm nədir. Amma inanın, çox böyük bir işdir. Bir daha savaşçılığınız və millət analığınız qarşısında şərəf duyuram və baş əyirəm!”, - deyə ekspert qeyd edib.
Xatırladaq ki, bundan əvvəl də Heydər Əliyev Fondunun əməkdaşları Milli Ordumuzun Azərbaycanın ərazi bütövlüyü uğrundakı son uğurlu əməliyyatları ilə həmrəylik nümayiş etdirərək bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələr Yardım Fonduna köçürmüşdü. Həmçinin oktyabr ayının əvvəllərində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələr Yardım Fonduna ianə etmişdilər.
Daha çox