Milli Məclis Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiqlədi

ÖLKƏ
11:52
27 Oktyabr 2020
44

Milli Məclis Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiq edib.

Sabah.az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər lenti