Məzahir Pənahov Erkin Qədirlini “çoxbilmiş” adlandırdı

XƏBƏR
13:12
26 Fevral 2020
28

Mərkəzi Seçki Komissiyasının (MSK) dünən keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsinin lider namizədi Qədirli Erkin Toğrul oğlu və onun səlahiyyətli nümayəndəsi Nicat Məmmədlinin müraciətinə baxılıb.

Sabah.az "Virtualaz.org"a istinadən xəbər verir ki, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, şikayətdə həmin dairənin 8 məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması xahiş edilib: “Araşdırma nəticəsində müəyyən olunub ki, şikayət müraciətində əks olunan hallar öz təsdiqini tapmayıb. Bu baxımdan dairə seçki komissiyası doğru qərara gəlib. Ona görə şikayət təmin edilməməli və DSK-nın qərarı qüvvədə saxlanılmalıdır”.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, Erkin Qədirli çoxbilmişdir: “O bilir ki, dairə üzrə lider namizəddir, amma deyir ki, bəzi məntəqələrin nəticələri etibarsız sayılsın. O, çoxbilmişdir, bilir ki, bu, nəticəyə təsir etməyəcək”.

Xəbər lenti