“Təzyiq olarsa, onda “F-16”ları görəcəksiz”

GÜNDƏM
13:29
26 Oktyabr 2020
61

“Bir ay ərzində demək olar ki, hər gün müsahibə verirəm”.

Sabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.
 
“Hər dəfə soruşurlar ki, Türkiyə “F-16”ları burada nə gəzir? Bu suala cavab verməkdən yorulmuşam. Peykiniz var, gedin baxın. “F-16”lar təlimə gəlib və yerdədir.

Əgər bizə qarşı kənardan təzyiq olarsa, onda “F-16”ları görəcəksiz”, -deyə dövlət başçısı bildirib.