"Yığılmışıq boğaza bu danışıqlardan" - İlham Əliyev

ÖLKƏ
13:24
26 Oktyabr 2020
41

“Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz. Elə bil ki, bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər. Yeni reallıqlar yaranıb, siz də reallıqlarla hesablaşmalısınız!”

Sabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, biz yeni bir reallıq yaratmışıq, indi hər kəs yeni reallıqla hesablaşmalıdır: “Amma biz nəyi görürük? Biz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda görün nələr baş verir? Azərbaycana nə qədər böyük təzyiq göstərirlər. Hər tərəfdən əl-ayağa düşdülər. Bəs nə oldu, 28 il belə süründürə-süründürə bu məsələni elə bil ki, həll edirdiniz! Gəlib getmək, orada, burada danışıqlar. Yığılmışıq boğaza bu danışıqlardan. Nə qədər bu düşmənlə danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyir ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir, biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq, hesablaşın. Ancaq nə görürük? Orada görüş, burada görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu. İndi bunların bütün fəaliyyəti Ermənistanı xilas etməkdir. Aqressoru, təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budur bu fəaliyyət”.

Xəbər lenti

14:08 2 Dekabr 2020
13:31 2 Dekabr 2020
13:40 1 Dekabr 2020