Qubadlının peyk görüntüsü - Foto

XƏBƏR
14:37
26 Oktyabr 2020
145

“Azərkosmos” Qubadlı şəhərinin işğaldan azad olunduqdan sonra “Azersky” peyki ilə çəkilmiş təsvirini yayıb.

Sabah.az xəbər verir ki, işğal altında qaldığı illərdə Qubadlı rayonunun qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən talan olunub.

Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanmış və rayonun ərazisindəki IV-V əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, "Qalalı" və "Göyqala" abidələri və XIV əsrə aid "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü və digər tarixi abidələrə ziyan verilib.

Xəbər lenti