Erməni təxribatları nəticəsində 10 uşaq həlak olub

ÖLKƏ
11:05
26 Oktyabr 2020
44

Baş Prokurorluq Ermənistanın Gəncəyə 3 dəfə raket atması nəticəsində mülki əhaliyə dəyən ziyanla bağlı məlumatı açıqlayıb.

Sabah.az xəbər verir ki, 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan təxribatı nəticəsində Azərbaycanda mülki şəxslərdən ümumilikdə 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır, 297 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaqdır.

Xəbər lenti