“Amerikanın səsi” Azərbaycanla bağlı bu paylaşıma görə üzr istədi

XƏBƏR
18:15
24 Oktyabr 2020
169

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən “Human Rights Watch” təşkilatının açıqlamasını yayıb.

Sabah.az xəbər verir ki, təşkilat heç bir ciddi mənbəyə əsaslanmayaraq, Azərbaycan Ordusunun guya Dağlıq Qarabağdakı mülki əhaliyə zərbə endirdiyini iddia edir. Bu məlumatı öz oxucuları ilə paylaşan “Amerikanın səsi” radiostansiyası  isə saxta məlumatı yaymaqla kifayətlənməyərək, bu məlumata əsas olaraq Gəncədə ermənilərin raket zərbəsi nəticəsində dağılan evlərin fotosunu paylaşıb.

Saxta məlumat və səhv foto paylaşan media orqanı oxucuların ciddi etirazı ilə qarşılaşıb. Əvvəlcə oxucularından üzr istəyən media orqanı, daha sonra ümumiyyətlə həmin xəbəri və fotonu öz rəsmi xəbər resurslarından çıxardıb.

Xəbər lenti