Erməni təxribatı nəticəsində həlak olan şəxslərin sayı 65-ə çatdı

ÖLKƏ
17:34
24 Oktyabr 2020
67

Erməni təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb.

Bundan başqa, 398  mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2174 yaşayış evi yarasız hala düşüb.

Qeyd edək ki, bu gün Erməni silahlı qüvvələrinin Tərtəri raket atəşi açması nəticəsində 16 yaşlı İsmayılzadə Orxan həlak olub. 13 yaşlı Artur oktyabrın 17-də ermənilərin Gəncə şəhərinə raket atılması nəticəsində yaralanıb. Tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.

Xəbər lenti