Sabah zəif duman olacaq

XƏBƏR
12:59
24 Oktyabr 2020
53

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir. 

Bu barədə Sabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, sabah mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  20-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz  9-14 dərəcə  isti olacaq. 

Xəbər lenti