Ermənistanın raket atəşi nəticəsində 16 yaşlı yeniyetmə həlak oldu

ÖLKƏ
11:11
24 Oktyabr 2020
119

Ermənistanın Tərtər şəhərinə raket hücumu nəticəsində 16 yaşlı Orxan İsmayılzadə evlərinə düşən raket zərbəsi nəticəsində həlak olub.

Sabah.az xəbər verir ki, bu barədə  Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter hesabında məlumat verib.

"Ermənistanın mülki vətəndaşlara xüsusilə uşaqlara qarşı müharibəsi davam edir. Azərbaycanın Tərtər şəhərinə laqeydcəsinə edilən Smerch raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan öz evlərinin bağçasında öldürüldü. Orxan hazırda mövsumi olan xurma meyvəsini yığırdı",-deyə Hikmət Hacıyev qeyd edib.